Cümə, 03 May

"Bitkilər də xəstəlik daşıyıcısı ola bilər"

image

"Müasir çağırışların tələbələrinə uyğun fəaliyyət göstərmək lazımdır. Hər hansı torpağın əkilməsi orada sahibkarlıq fəaliyyəti olması demək deyil".

Xəbər verilir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, həmin torpaqlarda əkin müasir tələblərə uyğun həyata keçirilməlidir.

“Əkin sahəsi dezinfeksiya olunmalıdır. Torpaq və toxum laboratoriyada analiz edilməlidir. Xəstəliklərdən azad olunandan sonra əkin həyata keçirilə bilər. “Sadəcə əkin yerlərində standartlara əməl olunması yetərlidir” fikri kökündən yanlışdır. Qida zəncirinin bütün mərhələlərində bitki mühafizəsi lazımi qədər yerinə yetirilməzsə, o bitki xəstəlik daşıyıcısına çevrilə bilər. Bu, önəmlidir. Kənd təsərrüfatı texnikası istifadədən öncə dezinfeksiya olunmalıdır. Məsələn, texnika viruslu torpaqda işləyibsə, digər torpaqda da bakteriyanın yayılmasına səbəb olacaq”.

Q.Təhməzli qeyd edib ki, məhsul yığılıb, qablaşdırılıb və daşınarkən də buna riayət edilməlidir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15